AZ

"Qidalanmaya nəzarət olunmalıdır" — Bağçaya gedən uşaqlar niyə tez-tez xəstələnirlər?

Bağçaya gedən uşaqların tez-tez xəstələndiyini şahidi oluruq. Valideynlər tez-tez bunu dilə gətirir, bəziləri bu səbəbdən uşağını bağçaya qoymağa ehtiyat edir. “Azərbaycanda təhsil, elm və mədəniyyət" məcmuəsində maraqlı fakt əksini tapıb. Statistikaya görə ötən il məktəbəqədər təhsil müəssisələrində 51 min 7 uşaqda xəstələnmə halları qeydə alınıb. Xəstəliklərin çoxu qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası olub. Bundan başqa bağçaya gedən uşaqlarda angina (kəskin tonzillit), zəhərlənmə və zədələr, pnevmaniya, bakterial dizenteriya, skarlatina kimi hallar da qeydə alınıb.

Pediatr Sevda Novruzova Demokrat.az-a açıqlamasında bağçaya gedən uşaqların tez-tez xəstələnməsinin bəzi amillərlə bağlı olduğunu deyib:

“Bağçaya gedən əksər uşaqların valideynləri işləyir. Adətən, xəstəlikləri uşaqlar bağçalara daşıyırlar, yəni xəstəlik bağçada qazanılmır. Daha çox yuxarı tənəffüs yollarının xəstəliklərinə yoluxma müşahidə edilir uşaqlarda. Kontakt nəticəsində də bir uşaqdan digərinə keçir. Bağçalarda gigiyenik qaydalara diqqət edilməlidir. Xüsusən də qidalanmaya nəzarət olunmalıdır. Azyaşlıların rasionunda vitamin və minerallarla zəngin qidalara yer verilməlidir. Səhər, günorta və axşam yeməklərinin hər birində uşaqların sağlam qidalanmasına çalışmaq lazımdır. Sağlam qida güclü immunitet deməkdir. İmmuniteti güclü olan uşaqların orqanizmi xəstəliklərə qarşı daha dözümlü olur, xəstəliyi daha yüngül keçirirlər”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
demokrat.az

2Mənbələr