Azərforum Avtosfer-ə istinadla xəbər verir ki, məşhur müğənni Tacirin oğlu Şahmalı növbəti dəfə qaydaları pozub.
O, idarə etdiyi 77-BN-180 qeydiyyat nişanlı "KIA" markalı avtomobili idarə edən zaman azyaşlı oğlunu qucağında otuzduraraq qaydaları pozub.
Qanunvericiliyə görə, sükan arxasında sərnişin daşımaq qadağandır. Bu qayda pozuntusunu törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Qeyd edək ki, bir neçə gün öncə Şahmalının sükan arxasında qayda pozması ilə bağlı yayılmış videogörüntünü dərc etmişdik. Eyni zamanda Tacir Şahmalıoğlunun qayda pozuntularını dəfələrlə dərc etmişik. Lakin onlar qayda pozmağa hələ də davam edirlər.
Fərid