AZ

ABŞ-də bu il baş verən 30 kütləvi atışma nəticəsində 131 nəfər ölüb

Bakı. Trend:

Cari ilin əvvəlindən ABŞ-də 30 kütləvi atışma olub və nəticədə131 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumatyayıb.

Məlumata görə, bu atışmaların hər birində azı 4 nəfər ölüb.

Kütləvi atışmalar Ayova, Alabama, Arkanzas, Havay, Corciya,Qərbi Virciniya, İllinoys, Kaliforniya, Kentukki, Missuri, Nevada,Nyu-York, Oklahoma, Pensilvaniya, Şimali Karolina, Texas və Floridaştatlarında baş verib.

Ötən il ABŞ-də 42 belə hadisə qeydə alınıb, nəticədə 217 nəfərhəlak olub.

Xatırladaq ki, sentyabrın 4-də Corciya ştatının Uinderşəhərindəki orta məktəbdə atışma nəticəsində 4 nəfər - iki müəllimvə iki şagird ölüb. Daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
az.trend.az

5Mənbələr