AZ

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 55 % artıb

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 547 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. SİA-nın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

Təkcə avqustda isə 102 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur.

2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci illə müqayisədə 26 % çoxdur.

Seçilən
73
5
sia.az

6Mənbələr