AZ

BMT daşqınlardan zərər çəkmiş Banqladeşə 4 milyon dollar ayırıb

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınlardan əziyyətçəkən Banqladeş üçün Fövqəladə Hallara Cavab Fondundan 4 milyondollar ayırıb.

Trend xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibiaçıqlama verib.

Bildirilib ki, pul Banqladeşdə təxminən 6 milyon kişi, qadın vəuşağa təsir edən daşqınlara cavab tədbirləri üçün istifadəediləcək.

İndiyədək Banqladeşdə 500 min insanın didərgin düşdüyü, 7 mindənçox məktəbin daşqınlar səbəbindən bağlandığı və təxminən 1.7 milyonşagirdin təsirləndiyi qeyd edilir. Daşqınlar heyvandarlıq vəbalıqçılıqda təqribən 156 milyon dollar itkiyə səbəb olub.

Qeyd edək ki, Banqladeş bu il indiyədək iqlimlə bağlı dörd böyükfəlakətlə, o cümlədən Remal siklonu və ölkədə təxminən 13 milyoninsana təsir edən dağıdıcı daşqınlarla üzləşib.

Seçilən
39
3
az.trend.az

4Mənbələr