AZ

AFFA-nın İntizam Komitəsi dörd klubu cəzalandırıb

Bakı. Trend:

AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İntizamKomitəsinin iclası zamanı Azərbaycan Premyer Liqasında (APL) çıxışedən dörd komanda cəzalandırılıb.

Trend xəbər verir ki, 30 avqust 2024-cü il tarixində APL-in Vturunun "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda qonaqların 5futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manatcərimələnib.

Bundan başqa 31 avqust 2024-cü il tarixində keçirilən "Şamaxı" -"Neftçi" görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxilolduğuna görə "Şamaxı" klubu 800 manat cərimə olunub.

Gəncə şəhərinin təmsilçisi "Kəpəz" də eyni aqibətlə üzləşib.Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Sabah" oyunundameydana azarkeş girdiyi üçün Gəncə təmsilçisi 800 manat dəyərindəcəzalandırılıb.

Turun mərkəzi görüşü hesab olunan "Zirə" - "Qarabağ" oyununun29-cu dəqiqəsində "Zirə" klubunun azarkeşləri tərəfindən rəqibkomandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrsəsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə"Zirə" klubuna xəbərdarlıq edilib.

Seçilən
123
8
az.trend.az

9Mənbələr