AZ

Ermənistanı qorxuya salan virus ölkəmizə də gələ bilər? – RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi Ermənistanın Armavir vilayətində son iki ayda 51 nəfərdə Qərbi Nil qızdırması aşkarlanıb. Həmin bölgədə artıq məlum xəstəliklə bağlı 3 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən 2-si Armavir şəhərindən, biri isə Tandzut kəndindəndir. 

Xatırladaq ki, bir neçə gün öncə ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərin Profilaktikası Mərkəzinin yayadığı məlumatda Ermənistanda Qərbi Nil qızdırması virusuna yoluxma hallarının sayının 92-yə çatdığı bildirilmişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır - Yoluxanların sayında artım var


Bəs, bu virusun ölkəmizə keçmə ehtimalı nə qədərdir?

Bu sualla Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, Azərbaycan “Qərbi Nil” virusuna endemik ölkə deyil:

“Digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir. Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
112
1
bizim.media

2Mənbələr