AZ

Xaricdəki erməni mərkəzlərinin Azərbaycanla bağlı qarayaxma siyasəti heç vaxt dəyişməyib - ÖZƏL

"Xaricdəki erməni mərkəzlərinin Azərbaycanla bağlı bu siyasəti heç vaxt dəyişməyib. Vətən müharibəsi günlərində də, günlərində də belə idi, ondan sonrakı dövrdə də davam edir". 


Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Hər bir dövrdə onun forması dəyişsə də, ancaq motiv birdir. Erməni mərkəzləri, erməni lobbisi, erməni diasporu Ermənistan dövləti, Ermənistan hakimiyyəti ilə birlikdə ancaq Azərbaycana qara yaxmaq, onu gözdən salmaq və bu məğlubiyyətin əvəzini başqa vasitələrlə kompensasiya etməyə çalışırlar. Heç təsadüfi deyil ki, bu gün Azərbaycanın keçirdiyi bütün tədbirlər məhz Ermənistanın əli ilə ən müxtəlif çamurların atılmasına məruz qalıb. Bir yandan ölkənin yaşıl enerjinin aparıcı iqtisadiyyat sahəsinə çevrilməsi üçün gördüyü işlərə qara yaxırlar, Azərbaycanın bir neft və qaz ölkəsi olaraq yaşıl enerjiyə transformasiyanı səmimi şəkildə guya aparmayan bir ölkə olduğunu dünyaya göstərməyə çalışırlar, imicini bu formada formalaşdırmaq istəyirlər. O biri tərəfdən COP29-un müxtəlif formalarda uğursuzluğa düçar olması üçün müəyyən taktiki gedişləri düşünürlər. Hətta Ermənistanda bu saat belə bir kampaniya gedir ki, Ermənistan hakimiyyət nümayəndələri COP29-a gəlməsinlər, gəlsələr də, bu tədbirlərdə guya Azərbaycanın 120-130 minlik erməni icmasına Dağlıq Qarabağda ağır cinayət törətdiyi və bu cinayətdən yayınmaq üçün guya COP29-u aldadıcı bir tədbir kimi keçirdiyini dünya ictimaiyyətinin nəzərinə çatdırsınlar. Bax, görürük ki, onlar COP29-a qarşı belə bir təxribat, ideoloji təxribatın hazırlıqları içərisindədirlər. Bu da həm Ermənistanın, həm də dünya erməni lobbisinin Azərbaycanla barışmadığını, heç vaxt barışmayacağını və daima qaralama kampaniyasını aparacağının bir sübutudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
99
olaylar.az

1Mənbələr