AZ

Zalujnının həyat yoldaşı ərinin psixoloji problemlərindən danışdı

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının həyat yoldaşı Yelena diqqət çəkən açıqlamalar verib. O, ərinin psixoloji problemlərindən danışıb. Qadın psixoloji problemlərin hansı səbəblərdən yaranmasını izah edib.

 "Yelena generalın keçmiş müşaviri Lyudmila Dolqonovskayanın yazdığı “Dəmir general. İnsanlığın dərsi” kitabında həyat yoldaşının həyatının kədərli səhifəsi haqqında açıq danışıb. Keçmiş baş komandanın həyat yoldaşı 2014-cü ildə Rusiyanın Donbasa hücumunu və Krımı ilhaq etməsi ilə bağlı hadisələri xatırladıb. Həmin vaxt Valeri Fedoroviç Donetsk və Luqansk vilayətlərinin müdafiəsində iştirak edib. 2014-cü ilin iyul ayında o, "C" sektoruna komandir müavini təyin edilib və məlum ərazilərdəki demək olar bütün qruplara rəhbərlik edib. Yelena Donetsk vilayətinin Debaltsevo uğrunda gedən qızğın və dəhşətli döyüşlərdən də söz açıb. Əsgərlər 10 il əvvəl əsl cəhənnəmi keçiblər, onların arasında Zalujni də var idi. General eve qayıtdıqdan sonra uzun müddət burada yaşadığı hadisələrdən arzuolunmaz xatirələrdən qurtula bilməyib. Rusların xeyli sayda ukraynalıları amansızcasına öldürməsini və zorakılıqlarını görən Zalujnı tez-tez ölmüş əsgərləri xəyal etdiyini söyləyib. Onlar generalın yanına gəlib danışırmışlar”, - UNİAN  yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
news365.az

1Mənbələr