AZ

Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək

İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Uestern Sidney Uonderers"də çıxış edəcək.

Qeyd edək ki, İspaniyada "Valensiya", İngiltərədə "Çelsi", "Mançester Yunayted" və Türkiyədə "Qalatasaray" kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
ikisahil.az

3Mənbələr