"Gəncə" braziliyalı voleybolçu Kerolayn Ferreira ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü İsveçin "Hytle Halmstad" komandasında keçirən Kerolayn Ferreira Perotto Tunisdə "Esperance Sportiv", CSS, Peruda "Circolo" klublarının şərəfini qoruyub. O, ölkəsində "Brasilia Volei", UPIS, "Pinheiros" və "ADC Bradesco" komandalarının uğurları üçün çalışıb.
Qeyd edək ki, bu, bölgə klubunun 4-cü legioner transferidir. Buna qədər onlar rusiyalı Mariya Tuşova, Anastasiya Atepalina və tailandlı Tiçak Bunlertini heyətlərinə qatıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta