AZ

Dünya və Avropa çempionu Avstraliya klubunda

İspaniya millisinin sabiq futbolçusu Xuan Matanın yeni klubu məlum olub.

Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avstraliyanın “Sidney Uonderers” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

X. Mata son olaraq Yaponiyanın “Vissel Kobe” komandasında çıxış edib.

Qeyd edək ki, Xuan Mata karyerası ərzində “Real Madrid”, “Valensiya” ( hər ikisi İspaniya), “Çelsi, “Mançester Yunayted” ( hər ikisi İngiltərə) “Qalatasaray” (Türkiyə) formaları geyinib. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
msport.az

2Mənbələr