Bakı. Trend:
Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasındaAvropa çempionatı start götürüb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyəçıxıb.
Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adıuğrunda mübarizə aparır.
Avropa çempionatı
Oğlanların yarışı
60 kq
Nizami İmranov 1/8 final finalda mübarizəyə başlayıb. O FrançeskoSampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib.Nizaminin 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub.Nizaminin yarımfinalda rəqibi Zahariye Dijol olacaq.
Qızların yarışı
48 kq
Könül Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyoldan üstünolub. ¼ finalda rumıniyalı Laura Boqdanı da məğlub edən Könülyarımfinala yüksəlib. Burda o Morqan Annislə (Fransa)qarşılaşacaq.
Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan(Ukrayna) üstün olsa da 1/8 finalda Sammer Şovlaya (BöyükBritaniya) uduzub.
52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı AlissiPulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya daqalib gəlib. Xədicənin 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya)uduzub. Qədəşova bürünc medal uğrunda təsəlliverici görüşdə LukaMamira (Macarıstan) ilə qarşılaşacaq.
57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.
Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstünolub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib.Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidanyarımfinala yüksəlib. Bu mərhələdə Əlizadənin rəqibi Vanessa Tolea(Rumıniya) olacaq.