AZ

Revanşist deputatdan SƏRSƏM AÇIQLAMA: "Azərbaycanla sülh sazişi imzalana bilər, ancaq bu..."

Ermənistan parlamentinin müxalifətdə olan “Hayastan” fraksiyasının üzvü, revanşist siyasətçi Geqam Manukyan Paşinyanın “sülh müqaviləsinin 17 bəndindən 13-nün razılaşdırıldığı və sənədin razılaşdırılmış hissəsinin imzalana biləcəyi” barədə bəyanatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Manukyan qeyd edib ki, indiki hökumət üçün məzmun yox, başlıq önəmlidir:

"Yalnız kommunikasiyalar məsələsi sülh müqaviləsindən çıxarılıb. Eyni zamanda beynəlxalq məhkəmələrdən iddiaların qarşılıqlı geri götürülməsi ilə bağlı müddəa da sənəddən çıxarıla bilər. Zənnimcə, sənədin imzalanması ehtimalı çox yüksəkdir. Ancaq bu, sabit və yekun sülhün əldə olunmasını təmin etməyəcək".

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
bizim.media

2Mənbələr