AZ

Elma xadımi millət vəkili seçildi

Azərbaycan Diplomatiya Universitetinin (ADA) prorektoru Fariz İsmayılzadə 77 saylı Lənkəran şəhər seçki dairəsindən seçkiyə qatılmışdı.

XALQ.AZ  xəbər verir ki, Fariz İsmayılzadə 60.1 faiz səslə qalib olub.


Bəs deputat seçilən Fariz İsmayılzadə kimdir?

Fariz Akif oğlu İsmayılzadə 1978-ci ildə Lənkəranda anadan olub.
1996–2000-ci ildə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili almış, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı “Ekzekyutiv MBA” ixtisasi üzrə bitirmiş, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Fariz İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışmışdır. 2006-cı ildə “ADA” Universitetinin prorektoru təyin edilmiş, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə proqramları, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olmuşdur. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik etmişdir.

Fariz İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Milli Təhsil Strategiyası işçi qrupunun üzvü (2012-ci il), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilmişdir.

 

Seçilən
99
xalq.az

1Mənbələr