AZ

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki"Azərpoçt" MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçünyeni mobil tətbiq istifadəyə verib.

Trend şirkətə istinadən xəbərverr ki, "AzPost Mobile" “Azərpoçt”a məxsus plastik kartlardanfaydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdətutulub.

Onun vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütünməlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür.Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlaralimitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir.Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri(kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.)icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsuskartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər biristifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər.Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən“Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığınıartırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər butətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınmasıüçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

Seçilən
108
10
az.trend.az

9Mənbələr