7NEWS.az xəbər verir ki, Cənubi Koreya mediası Şimali Koreya lideri Kim Çen Inın ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam etdiyini iddia edib. "Korrupsiya” və "vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirilən yüksək vəzifəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra olunduğu bildirilsə də, sözügedən məmurların kimliyi açıqlanmayıb.
7NEWS.az