AZ

Ukraynadakı istefaların arxasında nə dayanır?



Ukraynada siyasi hakimiyyətin içində istefaların baş verməsi, normalda müharibə şəraitində olan bir ölkə üçün heç də yaxşı əlamət sayılmır. Amma, doğrudanmı bu istefalar normal istefa dalğasıdır? Düşünürəm ki, Ukrayna hakimiyyətində istefaların arxasında ciddi planlar üzərindən Rusiyaya qarşı yeni addımlar atılacaq və ümumiyyətlə müharibənin yeni mərhələsinə hazırlıqla bağlı istefaları əlaqələndirmək olar. Bu mərhələ müharibənin Rusiya ərazilərinə inteqrasiya etməsini təmin etməsi və daha ağır silahlardan istifadə olunması ehtimalını artırır. Bu baxımdan Ukrayna hökumətində baş verən istefalar, ölkənin yaxın gələcəkdə kritik dönəmə daxil olacağından xəbər verir və kadr dəyişikliyi məhz bununla bağlıdır, düşüncəsindəyəm. Görünən odur ki,Rusiya sovetlər ittifaqının aqibətini yaşaması üçün daha çox sıxışdırılması istənilir. Bu baxımdan Rusiyanın gələcəyi yaxın gələcəkdə ağır sınaqlarla qarşılaşacağı ehtimalları artır.

Çingiz Şahbazi, siyasi ekspert
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
newscenter.az

1Mənbələr