Fəzail Ağamalı: "Partiya sədri olmağa davam edəcəyəm"
1 sentyabrda keçirilən parlament seçkilərindən sonra Milli Məclisdə yeni simalar olacaq.
Onlardan birinin də Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalı olması gözlənilir. O, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticlərə əsasən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində lider namizəddir.
Qeyd edək ki, Fəzail Ağamalı seçkilərdə iştirak etmirdi. Onun qızının deputat seçilməsi təsdiqləndikdən sonra isə partiyada da dəyişiklik ola biləcəyi iddia olunub. Belə ki, Fəzail Ağamalının partiyanı qızına təhvil verəcəyi iddia olunur.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini deyib:
“Belə bir məsələ gündəmimizdə yoxdur. Hətta bu, müzakirəyə də açıq deyil. Mən partiya sədri olmağa davam edəcəyəm. İddialar həqiqəti əks etdirmir”.