AZ

Kreml SSRİ-nin qanlı tarixini niyə dəyişdirməyə çalışır: Həm də Ukraynada qan tökərkən...

"Rusiya Nazirlər Kabinetinin sərəncamı ilə “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Siyasəti Konsepsiyası”nda dəyişikliklər edilib. Sənəddən repressiyalarla bağlı “kütləvi” sözü çıxarılıb. Yəni demək istəyiblər ki, keçmiş SSRİ-də repressiyalar kütləvi xarakter daşımayıb, milyonlarla insan repressiya qurbanı olmayıb. Sənəddə sovet illərində məcburi kollektivləşdirmə və bununla bağlı aclıqdan da danışılmır. Halbuki, milyonlarla insan zorakı kollektivləşmənin və bunun nəticəsində yaranan aclığın qurbanı olub".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Moskva qanlı sovet tarixini dəyişdirməyə, Stalin repressiyalarını yumşaltmağa çalışır: " Kremlin Stalinə sevgisi bəllidir, elə Rusiyada keçirilən sorğular da qəddar diktatora rəğbətin olduğunu göstərir. Stalinin ölüm maşını Azərbaycandan da yan keçməyib, minlərlə ziyalımız repressiyanın qurbanı olub. Rusiya hökuməti “kütləvi” sözünü sənəddən çıxarsa da, bu, repressiya aparatının məğzini dəyişdirməyəcək".

Politoloq vurğulayıb ki, repressiya bir başqa formada bu gün də davam edir: "Bu gün Ukraynanın bombalanan şəhərlərində insanlar ölürsə, Rusiyada kimsə “müharibəni dayandırmaq lazımdır” sözünə görə həbs olunursa, demək repressiya hələ bitməyib".

Məğrur Salmanov,

Sitat.info

Seçilən
102
2
sitat.info

4Mənbələr