AZ

Həkim dalaq əvəzinə qaraciyəri ÇIXARTDI - XƏSTƏ ÖLDÜ

ABŞ-nin Florida ştatında həkimin əməliyyat zamanı səhv orqanı çıxararaq Uilyam Brayanın ölümünə səbəb olduğu iddia edilib.

News24.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, avqust ayında dünyasını dəyişən Brayan ailəsinin vəkili məsələ ilə bağlı açıqlama verib.

Vəkil bildirib ki, Alabamada yaşayan Uilyam Brayan və həyat yoldaşı Beverli Floridadakı kirayəlik evlərinə gedərkən, 70 yaşlı Uilyam bədəninin sol tərəfində ağrı hiss edib və xəstəxanaya aparılıb.

Həkimlərin Brayanın dalağında problem olduğunu və əməliyyat olunmasını tövsiyə etdiyini deyən vəkil ailənin əvvəlcə bu təklifə həvəsli olmadığını, sonradan xəstəxanadakı həkimlər tərəfindən razılaşdırıldığını bildirib.

Vəkil iddia edib ki, həkim Tomas Şaknovski avqustun 21-də “qapalı dalaq əməliyyatı” adlanan “laparoskopik splenektomiya” üsulu ilə əməliyyat keçirib, lakin əməliyyat zamanı Uilyamın dalağı əvəzinə qaraciyərini çıxarıb.

Şaknovskinin əməliyyat zamanı çıxardığı orqanın dalaq olduğunu iddia etdiyini deyən vəkil, xəstənin ölümündən sonra sözügedən orqanın əslində qaraciyər olduğunun ortaya çıxdığını müdafiə edib.

Brayan ailəsinin vəkili qeyd edib ki, onlar həkimin işdən çıxarılmasını xahiş ediblər.

Xəstəxanadan verilən açıqlamada iddialarla bağlı istintaq açıldığı bildirilib.

Məryəm İlhamqızı

Seçilən
136
48
news24.az

10Mənbələr