AZ

Bütün yaşlıları cavanlarla əvəzləmək yaxşı şeydirsə, Qərb ölkələri özləri niyə bu yolla getmir?...

Image

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib.  A. Quliyev yazır:  
"Bizdə bir çox hallarda 65- 70 yaş arasında olanları birtəhər vəzifədən uzaqlaşdırırlar ki, yerlərinə kimlərinsə gənc sayılan kadrlarını təyin etsinlər.Ancaq fransızlar, Makron 73 yaşlı siyasətçini baş nazir təyin edir. Amerikanlar prezident olmaq istəyən 83 yaşlı qocanı prosesdən çıxarmağa güc- bəla ilə razılaşdılar.Yenə də yerinə yaşı heç də az olmayan Kamalanı keçirdilər.Heç Tramp da gənc deyil. Təcrübəli yaşlı adamları dövlət elitasından uzaqlaşdırmaq yaxşı şeydirsə , Qərb ölkələri özləri niyə bu yolu getmirlər? Amerikada yaşı 70- 80- dən yuxarı bilirsiz nə qədər konqresmen var?
Kim nə deyir desin, məncə "yaşlı " adını  qoyub təcrübəli kadrları dövlət idarəçiliyindən uzaqlaşdırmaq və yerlərinə yetərincə təcrübəsi olmayan gəncləri gətirmək Qərbin Azərbaycana bağladığı ziyanlı bir oyundur...
Əlbəttə, söhbət " necə olursa olsun, yerimə özümdən sonra oğlumu, qızımı, gəlinimi, arvadımı, qardaşımın oğlunu keçirim" kimi əqidədə olan yaşlı məmurlardan getmir. Mən belələrinı nəzərdə tutmuram.Belələrinin dövlət elitasına gəlib çıxmaları Azərbaycana böyük zərbədir. Çünki onlar bütün karyerası boyu adicə məişət düşüncəsində yaşamış adamlar olublar.
Həqiqi dövlətçilik düşüncəsində olan yaşlı kadrlar mənəvi dəyərlərə çevriliblər və onları qorumaq lazımdır. Özündən sonra bir əzizini qabağa çıxarmağa çalışan hansısa yaşlı məmura "mənəvi dəyər" kimi baxmaq olarmı? Xeyr"

Mətləb






Seçilən
151
baki-xeber.com

1Mənbələr