AZ

Zəlzələ ilə bağlı Biləsuvarda qatarların sürəti qismən aşağı salınıb

Sentyabrın 5-də səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb.

ADY-dən Doğru.az-a bildirilib ki, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

DOĞRU.AZ

Seçilən
87
24
dogru.az

10Mənbələr