Bakı-Sumqayıt yolunun Abşeron Gənclər şəhərciyi ərazisindən keçən hissəsində quraşdırılan yürüstü piyada keçidi bərbad vəziyyətdədir.
Redaktor.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, üfunət qoxusuna görə yerüstü keçidinə daxil olmaq mümkün deyil. Burada gecə saatlarına qədər içki içən və hətta təbii ehtiyaclarını ödəyən şəxslər var.
Piyada keçidi zibilliyin içində batıb gedir. Hər tərəf məişət tullantılarıyla doludur. Digər tərəfdən keçidin pilləkənlərindəki daşlar da yerindən qopub, giriş hissəsindəki qoruyucu metal dirək isə sındırılıb.
Çox təəssüf ki, ərazi üzrə cavabdeh olan qurumlar piyada keçidinin bu vəziyyətinə laqeyd yanaşmaqdadırlar.
VASİF