AZ

Bakı Gəmiqayırma Zavodunun istehsal həcmi artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal həcmi artıb. Belə ki, 2023-cü ilin I yarısında zavodun istehsal həcmi 8,3 milyon manat təşkil etmişdisə, 2024-cü ilin I yarısında istehsal həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox artmaqla 25 milyon manata çatıb.

Hazırda zavodda 722 nəfər daimi işlə təmin edilib.

“Bakı Gəmiqayırma Zavodu” MMC Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət edib.

Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
6
vergiler.az

7Mənbələr