“Cənablar, beynəlxalq münasibətlərdə siz ofsayddasınız. Hansı topdan, meydandan danışırsınız?”.Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublikaçı Partiyasının (sədr Serj Sarkisyandır) idarə heyətinin üzvü, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov deyib.“Paşinyanın son “fikirləri” ən azı qəribədir. Bir tərəfdən o, Azərbaycan və Rusiya ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda imzasını geri götürməkdən imtina etdiyini bildirir, digər tərəfdən isə Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla birbaşa təmasların davam etdirilməsində israrlıdır”,-deyə o bildirib.Şarmazanova görə, Ermənistanın vasitəçilərsiz, birbaşa Azərbaycanla birbaşa danışıq aparması Ermənistan üçün böyük fəlakətdir. “Problemlərimizin bir qismi elə burada baş verib”,-deyə o qeyd edib.“Bütün bunlar Nikolun antimilli və dövlət əleyhinə addımlarının nəticəsində olub. Birbaşa danışıqlarda Tavuş vilayətində 4 kənd Azərbaycana qaytarıldı və Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi tələbinin 2027-ci ildə həyata keçiriləcəyi bəyan olundu. İndi tərəflər vasitəçi olmadan təkliflər mübadiləsi aparırlar.Deyirlər, indi top Azərbaycanın meydanındadır. Beynəlxalq münasibətlərdə uzun müddət oyundan kənar vəziyyətdə qalmısız, hansı topdan danışırsız?”,- deyə o yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta