Polşa polisi hökuməti hüquq-mühafizə orqanlarının maliyyələşdirilməsi qaydalarını dəyişdirməyəcəyi təqdirdə kütləvi etirazlarla hədələyir.
Bu barədə “RMF24” radiostansiyası məlumat yayıb.
“Həmkarlar İttifaqı aksiyanın bərpa olunacağını istisna etmir”, - məlumatda bildirilib.
“Həmkarlar İttifaqı və hakimiyyət yaxın günlərdə gələcək planları müzakirə edəcəklər.
Etirazçıların nümayəndələri Polşanın orduya çəkdiyi xərclərin artdığına, polisin isə kənarda qaldığına diqqət çəkirlər. Biz polis xərclərinin ÜDM ilə əlaqəli olacağını gözləyirik. Bunun sayəsində polis hər hansı epizodik qanunlardan və ya ayrı-ayrı hakimiyyət orqanlarının güzəştlərindən asılı olmayacaq”, - liderlərdən biri qeyd edib.("Report")