Bakı, 5 sentyabr, AZƏRTAC
Gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil sahəsində dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub.