AZ

Nikaraquada 135 siyasi məhbus həbsdən buraxıldı

Nikaraqua hökuməti 135 siyasi məhbusu həbsdən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, ABŞ tərəfinin vasitəçiliyi ilə baş tutan proses bir neçə ay davam edən danışıqların nəticəsində reallaşıb.

Azad olunan şəxslərin əvvəlcə Qvatemalaya, ardınca isə qanuni əsaslarla ABŞ və digər ölkələrə köçərək, burada sığınacaq ala biləcəklər.

Qeyd edək ki, onların arasında tələbələrlə yanaşı, dini baxışlarına görə saxlanılanlar da var.

Seçilən
61
2
konkret.az

3Mənbələr