AZ

Samsung Galaxy Note 20 smartfonları daha hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcəklər

     Samsung şirkətinin ləğv etmiş olduğu Galaxy Note smartfon seriyasının son modelləri 4 il bundan öncə təqdim edilmişdi. Söhbət, 2020-ci ilin avqust ayında təqdim edilmiş Galaxy Note 20 və Note 20 Ultra-dan gedir. Şirkət Galaxy Note seriyasını ləğv edəndən sonra əsas diqqətini Galaxy S seriyasına və qatlana bilən smartfonlarına yönləndirdi. 4 il bundan öncə təqdim olunmalarına baxmayaraq Galaxy Note 20 və Note 20 Ultra smartfonları hər ay təhlükəsizlik yenilənmələrini əldə edirdilər.   Lakin bu aydan başlayaraq bu vəziyyət dəyişəcək. Belə ki, adları sadalanmış Galaxy Note smartfonları üçün təhlükəsizlik yenilənmələri hər ay deyil, hər rüb bir dəfə təqdim ediləcək. Samsung-un öz smartfonlarını dəstəkləmə siyasətinə əsasən çox güman ki, Galaxy Note 20 smartfonları hər rüb təhlükəsizlik yenilənmələrini növbəti 1 il ərzində əldə etməyə davam edəcəklər. Çox güman ki, 1 ildən sonra Galaxy Note seriyasının bu son smartfonlarının rəsmi dəstəkləri dayandırılacaq.

Seçilən
34
technote.az

1Mənbələr