Mərkəzi Seçki Komissiyası bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq.
İqtisadiyyat.az xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb:
"Poçtla göndərilən müraciətlərdə isə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlər MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".
MSK sədri aydınlaşdırıb ki, bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq, çünki müddət bitib.