AZ

Almaniyada koalisiyanın reytinqləri rekord səviyyəyə enib

…Almaniyada növbəti parlament seçkilərinə bir il qalmış, ölkənin hakim koalisiyasının populyarlığı 2021-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Deutschlandtrend-in cümə axşamı, sentyabrın 5-də dərc etdiyi nümayəndəli sorğunun nəticələri sübut edir.

Respondentlərin cəmi 16 faizi Almaniya Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Birlik 90/Yaşılların daxil olduğu “svetofor koalisiyasının” işini müsbət, 84 faizi mənfi qiymətləndirib.

Sosial Demokrat Partiyasından Almaniya hökumətinin başçısı Olaf Şolz, FDP-dən Almaniya Federativ Respublikasının maliyyə naziri Kristian Lindner və Birlik 90/Yaşıllar partiyasını təmsil edən Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri Robert Habek, həm də son dərəcə aşağı reytinqlərə malikdir.

Əli Babayev

Seçilən
113
1
sia.az

2Mənbələr