AZ

Rusiya Ermənistana çağırış etdi: tez bir zamanda…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyin zəruriliyini bildirib.

O qeyd edib ki, qrupun işi təkcə Cənubi Qafqazda nəqliyyat və kommunikasiya sistemlərinin açılması üçün deyil, həm də regionda sülhün bərqərar olması üçün vacibdir. Diplomat vurğulayıb ki, Rusiya Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır.

Kopırkin əlavə edib ki, bu, üçtərəfli qrupun işidir. Bundan əlavə, səfir bildirib ki, İrəvan Qərbin təzyiqi ilə Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili məsələsində üçtərəfli əməkdaşlığı dondurub.

//Samir Qurbanov, Editor.az

Seçilən
88
2
editor.az

3Mənbələr