AZ

HR-lar üçün TƏLƏB! ƏMAS altsistemində 20 sayda YENİ ƏMR FORMALARI

ƏMAS altsistemində yeni əmr formaları hazırlanaraq insan resusları sahəsində çalışan mütəxəssislərin ixtiyarına verilib. İşəgötürən əmək müqaviləsinə xitam əmri  və məzuniyyət əmrini ƏMAS altsistemində hazırlayırdsa, ƏMAS altsistemində aparıan yeniliklərə əsasən 20-ə yaxın əmr forması platformada istifadəyə edilib. İşəgötürən vəzifə dəyişikliyi, qısaldımış və ya natamam iş vaxtının tətbiqi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, intizam tənbehi və s. məsələlərlə bağlı əmrləri ƏMAS altsistemində həyata keçirməlidir.İşəgötürən tərəfindən ƏMAS altsistemində əmrlərin məcburiliyinə gəlincə isə, son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 85-ci maddəsinə əlavə edilən 1-1-ci bəndə diqqət yetirək. Həmin maddəyə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. Əmək Məcəlləsinin 85-ci maddəsində elektron müqavilələrlə əlaqədar verilmiş əmrlərin uçotunun aparılmasının elektron informasiya sistemi vasitəsilə təmin edilməsi tələbi o onlama gəlir ki, ƏMAS-da tətbiq ediləcək bütüm əmrlərin tərtibi məcburidir.Diqqət! MKS Academy-nin əmək qanunvericiliyinə son dəyişikliklərlə bağlı tematik təlimi 7 sentyabr (şənbə günü) tarixində onlayn (saat 10:00 - 13:00) və əyani (saat 15:00 - 18:00) formada olaraq  həyata keçiriləcək. Həmin təlimdə son dəyişikliklərlə yanaşı ƏMAS altsistemində son dövrlərdə edilən dəyişikliklər haqqında geniş məlumat veriləcək.Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.

Seçilən
168
mks.az

1Mənbələr