Türkiyəli aktrisa Hande Erçel 81-ci dəfə təşkil olunan Venesiya Film Festivalında iştirak edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zinət əşyası brendinin dəvəti ilə tədbirə yollanıb.
Geyimi və zərifliyi ilə göz qamaşdıran aktrisa diqqətləri üstünə çəkib.
Erçel festivaldan fotoları sosial şəbəkə hesabında paylaşıb. Onun paylaşımına 870 mindən çox bəyənmə gəlib.
Qeyd edək ki, Lido adasında təşkil olunan dünyanın ən qocaman beynəlxalq film festivalı sentyabrın 7-də başa çatacaq.