AZ

İsrail Qəzza ilə bağlı danışıqların davam etdiyini açıqlayıb

İsrail

İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün danışıqları davam etdirməyə sadiqdir, lakin anklavın Misirlə sərhədində Filadelfiya dəhlizinə nəzarəti saxlamağı strateji baxımdan vacib hesab edir.

APA xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

“İsrail HƏMAS tərəfindən vəhşicəsinə əsir saxlanılan 101 diri və ölü, o cümlədən qadın, uşaq və qocanın geri qaytarılması üçün mümkün olan hər şeyi edir və bu məsələnin icrasının təfərrüatlarını razılaşdırmaq üçün danışıqlar davam edir. May ayında ABŞ-ın təklifinə əsaslanan razılaşma girovların geri qaytarılmasına və müharibənin digər məqsədlərinə nail olunmasına imkan verəcək. Həmçinin İsrail ABŞ-ın və vasitəçi ölkələrin HƏMAS-ın razılaşmanı pozmasının qarşısını almaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir”, - deyə o “Telegram” kanalında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
xalqcebhesi.az

2Mənbələr