AZ

Qəzzada atəşkəs sazişinin 90 faizi razılaşdırıldı - Blinken

ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs sazişinin 90 %-nin razılaşdırıldığını israr edir.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bunun üzərində işləyirik və hesab edirəm ki, 90 %-i razılaşdırılıb, lakin razılaşdırılmalı olan bir neçə kritik sahə var və bu, razılaşmanın müəyyən aspektlərinin necə həyata keçiriləcəyi ilə bağlıdır", - o deyib. Blinken bu məsələlərin bir neçəsinin, xüsusilə Filadelfiya dəhlizinin, girovların və əsirlərin mübadiləsinin son günlər müzakirə edildiyini açıqlayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
5
teleqraf.com

7Mənbələr