Regional tibb müəssisələrində Covid hallarının payız artımı zamanı yerləşdirilməsi üçün lazımi çarpayı ehtiyatı var.
Doğru.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə nazirinin birinci müavini Viktor Fisenko EEF çərçivəsində deyib.
“Ona görə də hazırda gündəlik monitorinqdə hər şey qeydə alınır və biz bütün dinamikanı görürük. Bir daha deyirəm, yerləşdirmə üçün lazımi ehtiyatlarımız var”, – deyə o qeyd edib.
Bundan əvvəl Rusiyada COVID-19-a yoluxma hallarının bir həftə ərzində 20% artdığı bildirilmişdi.
Həmçinin, yüksək kateqoriyalı həkim Aleksey Vodovozov RT ilə söhbətində qeyd edib ki, koronavirus insanlara daha da yoluxmaq üçün uyğunlaşır.
DOĞRU.AZ