AZ

Səfir yalan danışır -Analitik

Moskva heç vaxt Bakı ilə İrəvan arasındakı danışıqlarda ədalətli vasitəçi rolunda çıxış etməyib
 
“Baxın, rusiyalı səfir etiraf edir ki, Ermənistan həmişə olduğu kimi Moskvanın tam diktəsi ilə yenə də addım atsaydı, vəziyyət indiki kimi ermənilərin ziyanına olmazdı”
 
 Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Bakı-İrəvan arasında sülh prosesindən danışıb. Kopırnik deyib ki, Moskva heç vaxt Bakı və İrəvan arasındakı danışıqlar prosesində ədalətli vasitəçi rolundan imtina etməyib. Onun sözlərinə görə, Putinin Azərbaycana səfəri, liderlərlə telefon danışığı bunun təsdiqidir. Səfir iddia edib ki, İrəvan 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirməyə razılaşsaydı, onun üçün risklər azalacaqdı. Kopırkin Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan sərhədində kəşfiyyat məlumatı topladığını qeyd edib. Səfirin sözlərinə görə, Rusiya iki müttəfiqi arasında balanslı sülh müqaviləsinin imzalanmasına təhlükəsizlik arxitekturasının qurulması üçün imkan kimi baxır.


 Politoloq Əli Oruclu “Sherg.az”a açıqlamasında bildirib ki, o, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dediklərinin əksinə olaraq hesab edir ki, Moskva heç vaxt Bakı ilə İrəvan arasındakı danışıqlarda ədalətli vasitəçi rolunda çıxış etməyib. Analitikin sözlərinə görə, Kreml Azərbaycandan fərqli olaraq Ermənistana xüsusi qayğı və diqqətlə yanaşıb, himayəsi haltında saxlayıb və marqalarını müdafiə edib: "Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsində və Ermənistanın təcavüzkar siyasətinə dəstək verən də Rusiya olub. Rusiyalı səfir və siyasi müttəfiqi olan Ermənistanla müstəqil siyasət yürüdən Azərbaycan arasında fərq qoymur? Məhz keçmiş Dağlıq Qarabağ problemini yaradan da, onun həll edilməsinə maneçilik törədən də Kreml olub. İndi də Ermənistanla Azərbaycan arasında substantiv danışıqlar aparılmasına, münasibətlərin normallaşmasına imkan verməyəyə çalışır. Ermənistanda gah kilsəni qızışdırır, gah revanşistləri, gah separatçıları dövrəyə soxur, gah da açıq-gizli təzyiqlər edir ki, sülh prosesi pozulsun. Əgər dünyada və regionda vəziyyət Moskvanın ziyanına dəyişməsəydi, Cənubi Qafqazda münaqişələrin, silahlı toqquşmaların davamına indi də rəvac verərdi".

 Ekspert ümumiyyətlə, hər hansı vasitəçinin olmasını məqbul saymadığını söyləyib:
 "Ermənistanla Azərbaycan, hər iki dövlət birbaşa danışıqlar aparıb münasibətlərin nizamlanmasına nail olmalıdırlar. Praktik olaraq sübut olundu ki, İrəvanla Bakı arasında birbaşa təmaslar daha effektlidir və müsbət nəticələr verə bilər. Rusiya çox cəhd göstərdi ki, Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Almatı bəyanaməsi prinsipləri qəbul etməsi barədə verdiyi bəyanatı və imzaladığı sənədi pozsun. Ən azından bunu işləməsini dayandırsın. Lakin məqsədinə çata bilmədi. Buna baxmayaraq, yenə də keçmiş “Dağlıq Qarabağ münaqişəsinin konkret həllindən” dəm vurur. Moskvanın mövqeyi ədalətli və obyektiv olmadığından onun vasitəçiliyi ancaq prosesə ziyan vura bilər. Baxın, rusiyalı səfir etiraf edir ki, Ermənistan həmişə olduğu kimi Moskvanın tam diktəsi ilə yenə də addım atsaydı, vəziyyət indiki kimi ermənilərin ziyanına olmazdı. Ermənistan ancaq Rusiyanın deyil, Qərbin vasitəçiliyinə, təhükəsizlik təminatına daha çox üstünlük verir. Moskvanı narahat edən də məhz bu faktordu ki, belə olan halda Cənubi Qafqazda təsiri azalır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, o zaman Kreml özünün hesab etdiyi strateji bölgəsində mövcudluğunun alternativ yollarını düşünmək məcburiyyətində qalacaq".
Seçilən
61
1
sherg.az

2Mənbələr