AZ

Sosial xəbərlər

Laçın və Füzulidə “Smart DOST”

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri infrastrukturunun ge­nişləndirilməsi işləri çərçivəsində bu il Laçın və Füzuli şəhərlərində də “Smart DOST” məntəqələri yaradılacaq. Bu barədə məlumat aldığımız Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyində bu is­tiqamətdə hazırlıq işləri aparılır.

Qeyd edək ki, 2022-ci ilin may ayın­da Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məş­ğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilir. 

DOST agentləri məntəqəyə daxil olub müraciət edən vətəndaşlara xidməti onlayn qəbul sistemi vasitəsilə virtual olaraq hə­yata keçirirlər. 

Agentlik beynəlxalq mükafat alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, DOST Agent­liyi “Ən yaxşı sosial təsir” kateqoriyasın­da İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb.

ABŞ-də yerləşən “Brandon Hall Group” tərəfindən təşkil olunan müsa­biqəyə sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri sahələrində DOST xidmətlərinin göstərilməsində, eləcə də bərabərliyin və inklüzivliyin təmin olun­masında “Könüllü DOST” proqramının təcrübəsi təqdim olunub.

30 ildir fəaliyyət göstərən “Brandon Hall Group” insan kapitalının idarə edil­məsi üzrə təhlil və araşdırmalar aparan, sertifikatlar və qabaqcıl təcrübələrə görə Mükəmməllik Mükafatları təqdim edən və peşəkar inkişafı dəstəkləyən, bu sahədə qabaqcıl təcrübələri təbliğ edən təşkilatdır.

Mükafatın təqdimetmə mərasimi 2025-ci ilin yanvar ayında ABŞ-nin Flori­da ştatının Uest Palm Biç şəhərində keçi­riləcək.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
175
25
xalqqazeti.az

10Mənbələr