AZ

Rus turistlər Türkiyədəki bahalıqdan şikayətlənirlər

Yazını böyüt
Yazını kiçilt

Türkiyə ruslar arasında populyar turizm məkanı olmağa davam edərkən, tətil təcrübələrindən narazı qalan rus turistlərin sayı artmaqdadır.

Hafta.az-ın yazdığına görə, Rusiya Sərhəd Xidmətinin məlumatında 2024-cü ilin yanvar-iyun ayları ərzində Türkiyəyə turizm məqsədi ilə gələn rusiyalı turistlərin sayının 1,76 milyon nəfərə çatdığı bildirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artımdan xəbər verir. Bununla belə, bir çox rus turist, xüsusən də Antalya, Kəmər, Bələk və Dalaman kimi məşhur tətil bölgələrində yüksək qiymətlər, aşağı xidmət keyfiyyəti və ümumiyyətlə pisləşən şərtlər səbəbiylə təəssüfləniblər.

Keçən yay Antalyada istirahət edən moskvalı Svetlana deyib ki, ən böyük məyusluğu qiymətlərin həddən artıq yüksək olmasıdır. Onun sözlərinə görə, Türkiyə əvvəlki kimi deyil, hər şey çox bahadır, keyfiyyət isə aşağıdır.

O, supermarketlərdə suvenirlərin, yerli trikotaj məmulatlarının və ərzağın qiymətinin astronomik həddə çatdığını, buna görə də planlaşdırdıqları bir çox fəaliyyətdən imtina etməli olduqlarını bildirib.

Səyahət agenti Olqa Şevçenko bildirib ki, Türkiyədə inflyasiya turizm sektoruna mənfi təsir edir, turistlər alış-verişdən və əlavə xərclərdən yayınırlar.

Rusiyalı turistlərin ən çox şikayət etdiyi məsələlərdən biri də otellərdə xidmət keyfiyyətinin aşağı düşməsidir. İstirahətçilər qəbulda kobud davranışdan, otaqların çirkli olmasından və lazımi təmizlik xidmətinin göstərilməməsindən şikayətlənirlər.

Otzyv.ru platformasında şərh yazan turist beşulduzlu oteldə otaq istəməsi ilə bağlı yaşadığı problemləri və qəbulun əməkdaşlarının kobudluğunu vurğulayıb.

Digər istirahət edənlər də otel otaqlarının rütubətli olduğunu, duşların zəif işlədiyini və otel işçilərinin ümumiyyətlə laqeyd olduğunu bildiriblər.

Bu yay Türkiyədə istirahət edən rusiyalı turistlərin daha bir şikayəti otellərdə verilən yeməklərin keyfiyyəti olub. Turistlər yeməklərin dadsız və məhdud olduğunu, əsas qida məhsullarının, xüsusilə də ət və qəhvənin qeyri-kafi olduğunu bildiriblər.

Səyahət agenti Anastasiya Dubinina rus turistlərin xarici tətil seçimlərinin məhdud olduğunu bildirib. Dubinina Türkiyənin qiymət-keyfiyyət nisbəti baxımından hələ də cəlbedici variant olduğunu, lakin otel seçimində diqqətli olmaq lazım olduğunu vurğulayıb. Bildirib ki, otellər arasında böyük fərqlər var, ona görə də ekspert məsləhəti almaq və şərhləri dəyərləndirmək vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
hafta.az

1Mənbələr