“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyuna çıxıb. Yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Ekvatoriyal Qvineya ilə görüşdə oynayıb.
O, matça ehtiyatda başlayıb və 78-ci dəqiqədə meydana daxil olub. Görüş Əlcəzair yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Əlcəzair millisi E qrupunda 3 xalla birinci sıradadır. Qrupda Ekvatoriyal Qvineya ilə yanaşı, Liberiya və Toqo yığmaları da yer alır.