Bakı, TurkicWorld
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan Lüksemburqun qonağı olacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Eş-syur Alzett şəhərində yerləşən "Emile Mayrisch" stadionunda keçiriləcək oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Samir Əliyevin komandası 3 xalla F qrupunda sonuncudur. Millimiz meydan sahiblərinə qalib gələrək onları qabaqlamaq arzusundadır.
Avropa Çempionatı
6 sentyabr
Lüksemburq U-21 - Azərbaycan U-21
Baş hakim: Dezir Qrunbaher
Baş hakimin köməkçiləri: Matthias Sbrissa, Guillaume Maire
Dördüncü hakim: Anojen Kanagasingam
Emile Mayrisch. Saat 21:30
Qeyd edək ki, qrupun digər oyunlarında Ukrayna Serbiyanı, Şimali İrlandiya isə İngiltərəni sınağa çəkəcək.