AZ

Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından ÇIXARILDI

Ermənistanda məktəblərdə yeni tədris ilindən başlayaraq “Rus dili” fənni vacib olan baza dilləri siyahısından çıxarılaraq xarici dil statusuna keçib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib.  

Bildirilib ki, “Rus dili” müstəqil fənn kimi yalnız 4, 9 siniflərdə həftədə üç saat olmaqla, 11 və 12-ci siniflərdə həftədə iki saat tədris olunacaq.

2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənninin keçirilməsi nəzərdə tutulmayıb.  

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
bizim.media

10Mənbələr