AZ

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,əsgər Abbasov Vəli Asəf oğlu odlu silahdan istifadə etməklə özünüöldürüb.

Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuatxidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Trend-əbildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbiqulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadəetməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumatdaxil olub.

"Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun vəAzərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika vəİnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindənhadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsbedən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlaralınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraqşahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icrayayönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyatakeçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - obildirib.

Azərbaycan
Seçilən
162
49
az.trend.az

4Mənbələr