"Şimali Makedoniya müstəqillik əldə etdikdən sonra türk sərmayəçilərinin ölkəyə axını artıb".
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın Xarici İşlər və Xarici Ticarət naziri Timço Mucunski deyib.
O, bildirib ki, iki ölkə arasında getdikcə intensivləşən siyasi dialoq, qarşılıqlı inam, tərəfdaşlıq və dostluq var.
"Biz konstruktiv müzakirələr aparmaqla, maraq doğuran bütün sahələrdə əlaqələri inkişaf etdirmək imkanlarını birgə qiymətləndiririk. Tərəfdaşımız və NATO üzrə müttəfiqimiz olan Türkiyə ilə təhlükəsizlik və digər regional təhdidlər, eləcə də Cənub-Şərqi Avropa regionunun sabitliyi və davamlı inkişafı ilə bağlı ümumi fikir və narahatlıqları bölüşürük. Bizim nöqteyi-nəzərimizdən, həmkarım bütün diqqət mərkəzindədir", - deyə nazir vurğulayıb.
Gülşən Şərif