AZ

Qazaxıstan Orta Dəhlizin imkanlarını inkişaf etdirməkdə maraqlıdır

Qazaxıstan Serbiyanı Orta Dəhliz imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Redaktor.az xəbər verir ki, bu barədə  Qazaxıstan Respublikasının Baş nazirinin müavini Serik Jumanqarin bildirib.

“Biz Qazaxıstan və Çindən Serbiyaya və daha sonra Avropa ölkələrinə yükdaşımaları üçün tranzitin inkişaf etdirilməsində maraqlıyıq”, - o deyib.

Qeyd edək ki, Orta dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını həyata keçirir.

Sevinc İBRAHİMZADƏ

Seçilən
59
redaktor.az

1Mənbələr