AZ

Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir - Nazir

Bakı. Trend:

İqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşmür. Bu təsirləryalnız mütəxəssislər tərəfindən deyil, artıq hamı tərəfindən sadəgözlə müşahidə edilməkdədir. İqlim dəyişmələri kənd təsərrüfatı, suehtiyatları, meşə, biomüxtəliflik, səhiyyə və turizm və digərsahələrə təsir göstərir. Sahilyanı ərazilərə təsiri xüsusi qeydetmək lazımdır. Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildəazalmaqdadır. Bunun səbəbləri həm, antropogen və həm də texnogentəsir daşıyır.

Trend xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti,ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BakıdaAzərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığıilə keçirilən “Hüquq və iqlim” (Law and climate) mövzusundakeçirilən beynəlxalq konfransda deyib.

“İqlim dəyişmələrinin təsiri artdıqca qanunvericiliyin rolu dahada artır. Hüquq sistemləri yalnız emissiyaların azaldılmasını təminetməklə kifayətlənməməli, iqlim dəyişmələrinin təsirlərindən ən çoxəziyyət çəkən icmaların hüquqlarının qorunmasına yönəldilməlidir.Hüquq sistemlərimizin iqlim dəyişmələri üzrə qlobal sazişlərinicrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli, ən əsasıiqlimə həssas olanların hüquqlarını qorumalıdır.

Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalqəməkdaşlıq çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq hüquqiqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir. Bir çoxölkə məhkəmələrində iqlim dəyişikliyi ilə bağlı məsələlərə baxılırvə qərarlar çıxarılır”, - deyə nazir əlavə edib.

Seçilən
83
5
az.trend.az

6Mənbələr