Bu ilin yanvar-avqust aylarında Rusiyanın federal büdcəsinə 7,6 trilyon rubl neft və qaz gəliri daxil olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2023-cü ilin analoji dövrünün göstəricisindən 56,2% çoxdur.
Qeyd edilib ki, neft və qaz gəlirlərinin daxilolmaları onların baza məbləğini üstələyən səviyyədə inkişaf edib.
Gözəl Həşimova