Qonşularımızın ərazi bütövlüyünə qarşı hər hansı təhdid və ya şimalda, cənubda, şərqdə və ya qərbdə sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xətt hesab olunur.
"Cebheinfo.az" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, "X"-dəki mikrobloqunda qeyd edib: "Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarından biridir".
"Cebheinfo.az"